Separatçılardan yeni təxribat: Qarabağda “postlar”... - FOTO

Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının məsuliyyət zonasında separatçı ermənilər bütün yollarda “yeni nəzarət məntəqələri” yaratmaq istəyir.
Avtosfer.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Azərbaycan torpaqlarında Rusiya hərbçilərinin çətiri altına sığınaraq, öz separatçı-terrorçu fəaliyyətlərini davam etdirən erməni “polis”inin “mətbuat xidməti” məlumat yayıb.
Qeyd olunur ki, aprelin 16-da özünü “Qarabağ polis”inin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndi-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.
İddia edilib ki, Qarabağda Azərbaycan tərəfinin müşahidəsi altına düşən ərazilərin monitorinqinin gücləndirilməsi planlaşdırılır.
Bundan əvvəl, rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndiyə qayıdan və separatçı fəaliyyətlərini davam etdirmyə çalışan keçmiş və qondarma qurumun tör-töküntülərindən “daxili işlər naziri” sayılan Karen Sərkisyanın əmri ilə Şuşakənd (“Şoş”) – Dağyurd (“Saruşen”) - Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib.
Qeyd edək ki, Ermənistanın birbaşa dəstəyi ilə həyata keçirilən bu separatçı fəaliyyət 10 noyabr 2020-ci il bəyanatına ziddir və növbəti münaqişə ocağının yaranmasına xidmət edir. Bu isə Azərbaycanı antiterror əməliyyatı keçirməyə məcbur edir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












