Şərurun Tənənəm kənd avtomobil yolu istifadəyə verilib - FOTO

Ümumi uzunluğu 12 kilometr olan Şərur rayonunun Tənənəm kənd avtomobil yolunda müvafiq mühəndis-texniki işlər tam başa çatırılıb, yola ikiqat asfalt verilib.
Avtosfer.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Əli İbrahimbəyli bildirib ki, avtomobil yolunda bir körpü təmir olunub, 3 281 metr uzunluğunda beton su kanalı çəkilib, 1 133 metr uzunluğunda metal boru su keçidləri quraşdırılıb, həmçinin bir beton su keçidi də inşa edilib.
Həmçinin yolda boya və xətlənmə işləri aparılıb. Həmçinin təhlükəsiz hərəkəti təmin etmək üçün avtomobil yoluna yeni yol nişanları salınıb.
Şərur rayonunun mərkəzindən 24 kilometr uzaqlıqda yerləşən Tənənəm kəndinin sakinləri əsasən təsərrüfatla məşğul olurlar. Bu mənada yeni salınan yol kəndə və ətraf bölgələrə nəqliyyatın daha rahat və təhlükəsiz axınını təmin edir, ərazinin iqtisadi inkişafına öz müsbət təsirini göstərir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













