Şəxslərin piyada keçidləri ilə Azərbaycan ərazisinə daxil olması qaydası müəyyənləşib

Şəxslərin piyada keçidləri ilə Azərbaycan Respublikasının ərazisinə daxil olması qaydası müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinn təsdiqlədiyi “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, şəxslərin piyada keçidləri ilə dövlət sərhədindən buraxılış məntəqələrinin (DSBM) ərazisinə daxil olması sərhəd mühafizə orqanları tərəfindən təmin edilir. Radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə DSBM-in ərazisinə daxil olmuş şəxslər sərhəd mühafizə orqanları tərəfindən məntəqələrdə quraşdırılmış portal radiasiya monitorlarından keçirilirlər. Dövlət sərhədindən keçən şəxslər üzərində sərhəd nəzarəti “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər”, habelə “Azərbaycan vətən- daşları” sözləri yazılmış kabinələrdə sərhəd mühafizə orqanları tərəfindən həyata keçirilir.
Sərhəd mühafizə orqanları tərəfindən DSBM-dən keçən şəxslərin biometrik fotoşəkilləri çəkilməklə sənədlərinin rəsmiləş- dirilməsi, qeydiyyatı və yoxlanılması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə təmin edilir. Sərhəd nəzarəti başa çatdıqdan sonra gömrük orqanları tərəfindən şəxslər barəsində gömrük nəzarəti “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemlərinin tələbləri tətbiq edilməklə, bunun üçün xüsusi olaraq işarələnmiş yerlərdə həyata keçirilir.
“Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. “Qırmızı kanal” buraxılış sisteminin tətbiqi zamanı isə şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) müvafiq qeydiyyat aparılır. Şəxslərin müşayiət olunan baqajları və şəxsi əşyaları piyada keçidlərində quraşdırılmış baxış-rentgen texnikasından, özləri isə metal detektorlar və digər texniki nəzarət vasitələrindən istifadə olunmaqla gömrük nəzarətindən keçirilir. DSBM-dən keçən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti həyata keçirildikdən sonra onların dövlət sərhədindən buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








