Şeyxə aparılan quşlar hava limanında ələ keçirildi: 100 min dollar alacaqdılar - FOTO

İstanbul hava limanında qaçaqmalçılıq cəhdi zamanı dünyanın ən sürətli quşu olan 10 şahin ələ keçirilib. Şübhəlilər quşları 100 min dollara ərəb şeyxinə satacaqlarını bildiriblər.
Avtosfer.az xəbər verir ki, İstanbula gələn iki əcnəbi vətəndaş 10 baş şahin quşunu xaricə keçirmək məqsədilə iri taxta qəfəsə salaraq İstanbul hava limanına aparıblar. İstanbul Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi tərəfindən təqib edildiyindən xəbərsiz olan bu şəxslər rentgen cihazlarından keçdikdən qısa müddət sonra saxlanılıblar.
Polis qrupları qəfəsi açaraq, 10 baş şahini gözləri bağlı halda ələ keçirib.
Şübhəlilər barəsində məhkəmə əməliyyatı başlanıb. 10 baş yırtıcı quş mühafizə altına alınaraq Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə təhvil verilib.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












