Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük tələbat yarana bilər

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə çox böyük tələbat yarana bilər.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.
Prezident Putin deyib:
“Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər ki, buradan da yüklər sizin və mənim olduğumuz yerdən - Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək”.
Bu nəqliyyat dəhlizinin Süveyş kanalı ilə müqayisədə yüklərin çatdırılmasını təxminən on gün azaldacağını vurğulayan Vladimir Putin deyib:
“Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












