“Sinovac”, yoxsa “Pfizer”? - Hansı daha təhlükəsizdir? - Həkim AÇIQLADI
Xəbərlər
5 Avqust 2021 17:41

Dünya üzrə koronavirusa yoluxanlarda ölüm göstəricisi təxminən 2,3 faizdir. Mart ayında 3,3% idi. Bəzi ölkələrdə bu faiz çoxdur. Məsələn, Peruda 9,3%, Meksikada 8,4%, Ekvadorda 6,5%. Azərbaycanda ölüm göstəricisi cəmi 1,4%-dir. Amerikada 1,7%, İsraildə 1,8%, Yaponiyada 2,3%, Ermənistanda 2%, Kanadada 3% və s. Qardaş Türkiyə ən yaxşı nəticə göstərən ölkələr siyahısındadır - 0,6%.
Avtosfer.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib. O bildirib ki, hər yerdə real yoluxma sayının 10 dəfə çox, real ölüm hallarının isə 2 dəfə çox olması düşünülür:
“Bizdə ölüm faizinin aşağı olmasını həkimlərimizin can yandırması ilə əlaqələndirirəm. Bəzi neqativ hallar hər yerdə olduğu kimi, burada da müşahidə olunmağına baxmayaraq, digər ölkənin həkimləri ilə müqayisədə həkimlərimiz və tibbi personalımız məncə, daha çox istiqanlı, humanistdir. Pandemiyada bu, çox vacibdir”.
Həkim vaksin vurdurmaqda tərəddüd edənlərə də tövsiyə verib:
“Soruşurlar ki, “Sinovac”, yoxsa “Pfizer”? Hansı məsləhətdir? Bu sual geniş yazı tələb edir, amma qısaca olaraq öz gəldiyim nəticəni sizə deyim. Əgər sadəcə pasport almaq üçün məcburən vurdurursunuzsa, sizin üçün daha təhlükəsiz olan “Sinovac”ı seçin. Əgər məqsədiniz koronavirusdan daha güclü qorunmaqdırsa, “Pfizer”i seçin”.
Oxunub : 1456
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ












