Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU

Bakıda "Ucuzluq" univermaqlar şəbəkəsininin külli miqdarda pulunu mənimsəyən Nicat Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, təqsirləndirilən şəxs cinayət işində zərərçəkmiş şəxs kimi tanınan sahibkar Oruc Quliyevə 69 800 manat ziyan vurub.
Araşdırmalarla məlum olub ki, şirkətə məxsus və mənimsənilən pulların əksəriyyəti "TikTok" sosial platformasında hədiyyə kimi ("şir" və "universal" tipli pullu jetonlar) müxtəlif şəxslərin hesablarına göndərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












