Şirvan sakininin qarnında 8 ay əvvəl əməliyyat zamanı unudulan tampon aşkar edilib - FOTO - VİDEO

Şirvan sakininin qarnından 8 ay əvvəl əməliyyat zamanı unudulan tampon aşkar edilərək götürülüb.
APA-nın məlumatına görə, Şirvan sakini, 65 yaşlı Alim Səməd oğlu Zülfüqarov bu ilin yanvarın 21-də Şirvan Müalicə Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsində prostat vəzisindən əməliyyat olunub. İlk əvvəl səhhətində problem yaşamayan pasiyentin daha sonra vəziyyəti ağırlaşıb. Əməliyyatı həyata keçirən Şirvan Müalicə Diaqnostika Mərkəzinin cərrahı İlqar Mirzəyevə müraciət olunsa da, o, xəstəni sakitləşdirərək bunun adi hal olduğunu bildirib. Vəziyyəti kritik həddə çatandan və bir çox klinikalara müraciətdən sonra A. Zülfüqarov bu il avqustun 10-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub. Xərçəng diaqnozu qoyulan xəstənin qarnından 8 ay əvvəl Şirvan Müalicə Diaqnostika Mərkəzində əməliyyat zamanı unudulan çürümüş tənzif (tampon) aşkar edilərək çıxarılıb. Cərrah-həkimin səhlənkarlığı nəticəsində pasiyent həyatını itirmə təhlükəsi ilə üzləşib. 8 ay ərzində xəstə dəhşətli ağrılarla yaşayıb.
A. Zülfüqarovun bildirdiyinə görə, həmçinin ailəsi maddi problemlərlə üzləşib, onun həyata qaytarılması ailəyə 10 min manata başa gəlib. Baş verənlərə baxmayaraq, pasiyenti bu vəziyyətə salan həkim-cərrah İlqar Mirzəyev xəstədən üzr istəməyi belə özünə rəva bilməyib.
Şirvan Müalicə Diaqnostika Mərkəzinin həkim-cərrahı İlqar Mirzəyevlə əlaqə saxlasaq da, o, məsələyə münasibət bildirməkdən imtina edib və bildirib ki, araşdırma aparılır.
A. Zülfüqarov həkimin səhlənkarlığı barədə Şirvan şəhər prokurorluğuna müraciət edib. Faktla bağlı Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, A. Zülfüqarovun müraciəti əsasında Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq işləri davam etdirilir. İstintaqın yekunu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Alim Zülfüqarov 44 günlük Vətən Müharibəsi şəhidi, XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?














