Şirvanda bıçaqlanan 26 yaşlı gəncin atasının iddialarına DİN-dən CAVAB

Şirvanda 26 yaşlı gənc bıçaqlanıb.
Bu barədə Oxu.Az-a zərərçəkən Samir Rəcəbovun atası İlqar Rəcəbov məlumat verib.
O bildirib ki, 1995-ci il təvəllüdlü oğlu Samir Rəcəbov 15 gün bundan öncə Şirvan şəhərində bıçaqlanıb:
“Oğlumla Şirvan şəhər sakini Məhərrəm adlı şəxsin arasında mübahisə yaranıb. Yaranan mübahisə nəticəsində Məhərrəm oğlumun sinə nahiyyəsindən bıçaq zərbəsi vuraraq ona xəsarət yetirib. Oğlumu xəstəxanaya yerləşdirdik. Hadisə barədə polisə məlumat verildi. Lakin 15 gün keçməsinə baxmayaraq xəstəxanadan hadisə ilə bağlı rəy verilməyib. Hadisə Şirvan Şəhər Polis Şöbəsində araşdırılır. Məsələyə baxan polis əməkdaşı obyektiv yanaşmır və telefonlarıma cavab vermir. Proseslə bağlı mənə dolğun informasiya verilmir”.
Məsələ ilə bağlı Daxili İşlər NazirliyiNin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a açıqlama verib. O bildirib ki, sözügedən hadisə ötən ayın 23-də baş verib:
“Şirvan şəhər sakini Samir Rəcəbovun bıçaqla kəsilmiş-deşilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerində və xəstəxanada olub. İlkin izahatlar alınıb.
Faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO













