Şirvanda çörək sexində partlayış: maşın görün nə hala düşdü - FOTO - VİDEO

Şirvanda çörəkbişirmə sexində baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.
APA-nın məlumatına görə, hadisə T.İsmayılov küçəsində yerləşən Şirvan sakini Ziya Əliyevə məxsus çörək bişirmə sexində qeydə alınıb.
Avqustun 29-da saat 23:40 radələrində adıçəkilən çörəkbişirmə sexinin qazanxanasında güclü partlayış baş verib. Partlayışın dalğası sexdə olan böyük həcmli buxar qazanlarını 50 metr kənara atıb. Bu zaman həmin qazanlardan biri yaxınlıqda olan Şirvan sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğluna dəyib və o, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Eyni zamanda, orada olan "VAZ 2115" markalı avtomobil dalğanın həmin əraziyə atdığı digər qazanın zərbəsindən yararsız hala düşüb.
Partlayış, həmçinin yanğınla müşayiət olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb. Partlayışın səbəbləri hadisə yerinin tədqiqatından sonra məlum olacaq.
Faktla bağlı araşdırma davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?



















