Şirvanda 10 min manatlıq oğurluq edən qardaşlar saxlanılıb

Şirvanda vətəndaşlarla məxsus iribuynuzlu heyvanları oğurlayan iki qardaş saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisində yerləşən səkkiz fərdi təsərrüfatlardan 12 baş iribuynuzlu heyvanın oğurlanması barədə müraciətlər daxil olub.
Hesablamalara əsasən, zərərçəkmişlərə 10 000 manatdan çox maddi ziyan dəyib.
ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid və Əhmədağa Hüseynov qardaşları saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları heyvanları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











