Siyavuş Novruzovdan TƏKLİF: “Aztəminatlı ailələrin övladlarının təhsil haqlarını banklar ödəsin”

“Müstəqillik illərində Azərbaycanda 207 bank fəaliyyət göstərirdi. İndi 22 bank fəaliyyət göstərir. Hesab edirəm ki, yeni bankların, regional bankların, xarici ölkələrlə birgə bankların açılmasına ehtiyac var”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin noyabrın 7-də keçirilən iclasında deyib.
O, paytaxtda valyutadəyişmə məntəqələrinin sayının az olduğunu qeyd edib:
“Azərbaycanda 60-70 valyutadəyişmə məntəqəsi var. Bazar günü isə bir valyutadəyişmə məntəqəsi işləyir. O da Fəvvarələr Meydanında var. COP29 ərəfəsində 100 minə yaxın insanın ölkəyə gəlməsi gözlənilir. Belə çıxır ki, minlərlə insan orada növbədə durmalıdır”.
“Banklar əldə etdiyi gəlirlərdən aztəminatlı ailələrin övladlarının təhsil haqlarını ödəsə, yaxşı olar. Dünya qanunlarının hamısında bu məsələ öz əksini tapıb. Bundan əlavə, fərdi mənzillərin tikilməsinə kredit ayrılmalıdır. Hamı gedib kredit götürüb maşın alır. Maşından vacib olanı isə evdir. İpoteka krediti bunu qarşılamır, ona görə də fərdi mənzillərin tikintisi üçün kreditlərin verilməsinin tərəfdarıyam”, - deyə deputat əlavə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












