SOCAR avqustda Ukraynaya 15 min tona yaxın aviasiya yanacağı tədarük edib

Bu ilin avqust ayında Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi - “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 14,7 min ton aviasiya yanacağı idxal edib.
Avtosfer.az Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında bildirilir.
Məlumata görə, Azərbaycan şirkətinin ölkəyə gətirdiyi aviasiya yanacağı əsasən Belarus və Litvadan tədarük edilib. Belə ki, Belarusdan 14,2 min ton, Litvadan isə 0,5 min ton aviasiya yanacağı alınıb.
Ümumilikdə, avqustda xarici ölkələrdən Ukrayna bazarına idxal edilən aviasiya yanacağının həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 37,4 min ton təşkil edib.
Belə ki, ötən ay Litvadan Ukraynaya 5,4 min ton aviasiya yanacağı tədarük edilib ki, bu da 2020-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 36% çoxdur.
Hesabat ayına əsasən, Belarusdan Ukraynaya 27,6 min ton aviasiya yanacağı tədarük edilib.
Bundan başqa, ötən ay Yunanıstan Ukraynaya 4,4 min ton aviasiya yanacağı tədarük edib.
Bu ilin yanvar-avqust aylarında isə Ukraynaya 89,6 min ton aviasiya yanacağı tədarük edilib. Bu, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 21 % çoxdur.
Bu ilin 8 ayı ərzində Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 30 % azalaraq 31,8 min ton təşkil edib. Bu müddət ərzində Belarusdan Ukraynaya 4 dəfə artaraq 42,3 min ton təşkil edib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












