SOCAR-dan Xəzərdə yaranan yeni ada barədə məlumat - VİDEO

İyulun 4-də Xəzərdə baş verən partlayış barədə məlumatlar sosial şəbəkələrdə sürətlə yayıldı.
Avtosfer.az xəbər verir ki, partlayışın ilkin səbəbinin heç kimə məlum olmaması dənizdə, platformalarda çalışan yaxınları olan insanları daha da təlaşlandırdı. Bir sıra qurumlar təcili olaraq məsələ ilə bağlı açıqlama yayaraq insanların narahatlığına son verməyə çalışdılar.
Bu məqamda xüsusilə SOCAR rəsmilərinin, eləcə də SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun dərhal məsələyə müdaxilə etməsi təqdirəlayiqdir. İlkin açıqlamada məsələnin SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərindən birində baş vermədiyi bildirildi.
Bu əhali arasında yaranan təlaşı aradan qaldırdı. Daha sonra isə aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində partlayışın palçıq vulkanın püskürməsi nəticəsində baş verdiyi məlum olub.
Bütün bunlara rəğmən aidiyyəti qurumlarla yanaşı SOCAR da bu məsələni diqqətdə saxlayır.
Qeyd edək ki, sözügedən palçıq vulkanı sahildən 30 km məsafədə Daşlı Ada deyilən ərazidə səkkiz dəqiqəyə yaxın püskürüb. Həmin vulkan sonuncu dəfə 1945-ci ildə püskürüb. Belə ki, Abşeron Arxipelaqında səkkiz belə ada var.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












