SOCAR Gürcüstandakı YDM-ləri günəş enerjisi ilə təmin edir - FOTO

2019-cu ildən etibarən SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrində günəş panellərinin quraşdırılması layihəsinə start verib. Son həftələrdə layihə çərçivəsində Tbilisi Dənizi (su anbarı) üzərindəki yanacaqdoldurma məntəqəsi də günəş panelləri ilə təchiz edilib.
SOCAR-dan verilən məlumata görə, hazırda şirkətin iki yanacaqdoldurma məntəqəsi günəş enerjisi ilə fəaliyyət göstərir. Yanacaqdoldurma məntəqələrində günəş panellərinin layihələndirilməsi və quraşdırılmasına Almaniyanın Sonnerschmied şirkətinin mütəxəssiləri cəlb olunub və bu işlər vahid Avropa bazarı sertifikatının tələblərinə və beynəlxalq standartlara uyğun aparılır.
Tbilisi Dənizi üzərindəki yanacaqdoldurma məntəqəsinin damında 200 kv.m sahədə quraşdırılmış günəş panellərinin gücü 39.6 кvt.-dir ki, bu da il ərzində 48 000 кvt/saat enerji istehsalına imkan verir. Günəş panelləri yanacaqdoldurma stansiyasının enerji tələbatını ödəyəcək, elektromobillərin enerji ilə təchiz olunmasında, Way Mart pərakəndə satış mərkəzlərinin tələbatının ödənilməsində istifadə olunacaq və bununla da atmosferə atılan karbon qazlarının həcmi 28.7 ton azaldılacaqdır.
Hazırda şirkət bu istiqamətdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi imkanlarını araşdırır. SOCAR-ın planlarına avtonom enerji tədarükü, elektromobillərin sürətli enerji təminatı, o cümlədən günəş enerjisi vasitəsilə təminatı üzrə şəbəkənin yaradılması daxildir. Onu da qeyd etmək lazımdır ki, SOCAR Gürcüstanın neft-qaz sektorunda bu cür genişmiyqaslı layihələrə start verən ilk şirkətdir.
SOCAR Gürcüstandakı fəaliyyətində korporativ sosial məsuliyyətin 5 əsas standartını – gənclərin inkişafı, qadın hüquqlarının müdafiəsi, yaşlılara və əlillərə yardım, əməyin təhlükəsizliyi və ekologiyanı əsas götürür. Şirkət qonşu ölkədəki YDM şəbəkəsinin elektromobillər üçün enerji yükləmə vasitələri ilə təchiz olunması sahəsində öncül rol oynayır. SOCAR həmçinin Borjomidə yanğından sonra məhv olmuş meşələrin böyük hissəsinin bərpasında iştirak etmiş və 2 hektar sahədə ağac əkmişdir. 2019-cu ildə Gürcüstan hökuməti ilə birgə Tbilisinin Varketili rayonunda ağac əkmə kampaniyasında yaxından iştirak edən SOCAR Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində daha böyük layihələrə imza atıb. Şirkət neftlə çirklənmiş ərazilərin və lay suların təmizlənməsi, tullantıların utilizasiyası, səmt qazının atmosferə buraxılmaması kimi geniş miqyaslı fəaliyyətlərlə məşğul olur, hər il Abşeron yarımadasında 100 mindən çox ağac əkir.



15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











