SOCAR Rumıniyada 68-ci yanacaqdoldurma məntəqəsini açıb - FOTO

Rumıniyanın Sibiu şəhərində George Dima 44 küçəsində yeni SOCAR yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.
AZƏRTAC xəbər verir ki, bununla da SOCAR-ın Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayı 68-ə çatıb.
Bu, SOCAR-ın Sibiu rayonunda 5-ci yanacaqdoldurma məntəqəsidir. Şərq üslubu ilə müasir interyer dizaynı brendin özünəməxsusluğunu əks etdirir. Yeni stansiyada 2 nasosla təchiz olunmuş “Nano” brendi ilə 4 növ – “Nano 95”, “Nano Diesel”, “Nano 98”, “Nano Super Diesel” yanacaq satışı həyata keçirilir. SOCAR müştərilərinə Avropa standartlarına uyğun keyfiyyətli yanacaq təklif edir. YDM-in daxilində fəaliyyət göstərən “Cafe Nar”da müştərilərə qida, qeyri-ərzaq məhsulları və ya avtomobil aksesuarları təklif olunur.
Hazırda SOCAR Rumıniyanın 26 regionunda 68 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət tərəfindən qəbul edilən strateji plana uyğun olaraq, qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq












