SOCAR Ukraynanın Müdafiə Nazirliyinə 4 min ton dizel yanacağı satacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkənin Müdafiə Nazirliyinin elan etdiyi tenderin qaliblərindən biri olub.
Avtosfer.az-ın report-a istinadən məlıumatına görə, nazirlik 26 960 ton dizel yanacağının alınması üzrə elan etdiyi tenderin nəticələrini açıqlayıb. Qaliblər “Alyans Energo Trade”, “Exxon UK” və “OKKO Kontrakt” şirkətləri ilə yanaşı “SOCAR Ukraine” şirkətidir. Azərbaycan şirkətindən tonu 29 445 qrivnadan (1 870 manat) 4 min ton dizel yanacağı alınacaq.
Digər qaliblərə gəlincə, “Alyans Energo Trade” şirkəti Müdafiə Nazirliyinə tonu 28 817 - 29 139 qrivnadan 13 750 ton, “Exxon UK” şirkəti tonu 29 283 qrivnadan 5 610 ton, “OKKO Kontrakt" şirkəti isə tonu 29 445 qrivnadan 3 600 ton dizel yanacağı tədarük edəcək.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












