"SOCAR yalan danışır" - EKSPERT FAKTLARI AÇIQLADI

Aİ-95 və Aİ-98 markalı benzinin qiymətini SOCAR qaldırır, çünki inhisarçıdır, bazara kimsəni buraxmır, qiyməti diqtə edir.
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
O, qeyd edib ki, bu növ benzinin qalxmasının büdcəyə əlavə vəsait daxil olması ilə birbaşa əlaqəsi yoxdur - yəni, SOCAR Aİ-95-in qiymətini 15 qəpik artırdısa, bu o demək deyil ki, həmin 15 qəpik büdcəyə gedir. Vəsait SOCAR-a daxil olur, inhisarçı monstr şirkət qazanır.

SOCAR Aİ-95-in qiymət artımı, "dünyada benzin qiymətləri artır, biz isə idxalçıyıq, ona görə də qiyməti artırırıq", kimi absurd tezislə əsaslandırır. Birincisi, utansınlar ki, 170 il nefçıxartma tarixi olan ölkədə keyfiyyətli benzin istehsalı qura bilmirlər, ikincisi də yalan danışırlar - Ölkəyə gətirilən Aİ-95 markalı benzinin 72%-ini Rusiyadan alırlar, son 2 həftədə isə Rusiyada Aİ-95 markalı benzinin pərakəndə qiyməti 22 qəpik azalıb (linklər şərhlərdə), bu gün Rusiyada pərakəndə satış qiyməti 49,76 rubldur - bu isə 1 manat 17 qəpik edir.
Topdansatış qiyməti isə 10% daha ucuzdur - SOCAR topdansatış qiyməyi və daimi müştəri endirimi ilə alır, deməli, Aİ-95 SOCAR-a, təqribən, 1 manat 5 qəpiyə başa gəlir, daşınma xərci hər litrə görə, maksimum, 2-3 qəpik təşkil edir. Deməli, SOCAR, ümumi həcmin 72%-i Rusiyadan 1 manat 7 qəpiyə alır, yaxşı, bəs bizə niyə 1 manat 60 qəpiyə satır?!
Cəmi 15 dəqiqə internetdə araşdırdım, Azərbaycan sərhəddinə qədər litri 42,3 rubla Aİ95 benzini tapdım, imkan versinlər, gətirim yanacaqdoldurma stansiyalarına 1 manat 25 qəpiyə satım, onlar da 5 qəpik üzərinə əlavə edib camaata 1 manat 30 qəpiyə satsınlar. Çox demirəm, ayda 10 vaqon gətirməyə imkan versinlər - gör heç edərlərmi?!
Sən bazara heç kimi buraxma, rəqabət olmasın, bir şirkət bütün bazara qiymət diqtəsi etsin, sonra da bunun adını "biznes" qoy?!
Adam heç bilmir ki, indi SOCAR-ın qərarverəni kimdir, kim məsuliyyət daşıyır?! Rövnəq müəllimin səlahiyyətlərini "sünnət" edib bitirməyiblər, yaxşı, indi bu qiymət artımı ilə bağlı qərarı SOCAR-da kim verdi?! SOCAR prezidenti, ya Müşahidə Şurası?! Bəlkə İnvestisiya Holdinqi?!
Nə bilim ala, multfimdi...
https://www.rbc.ru/.../09/09/2021/61391e039a7947a34cc7e0b6
https://1prime.ru/state_regulation/20210915/834708241.html
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












