DİN-dən ƏMƏLİYYAT: 59 nəfər həbs olundu - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı onlayn yolla narkotik maddələrin satışını həyata keçirən, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 8 mütəşəkkil dəstə və onun 59 nəfər üzvü saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 331 kiloqram narkotik vasitə və psixotrop maddə, 2261 ədəd psixotrop tərkibli həb, 2921 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu, 2 ədəd tapança və soyuq silah qismində istifadə edilən digər əşyalar aşkar edilib.
Daxil olmuş məlumat əsasında Bakı şəhəri və bölgələrdə həyata keçirilən xüsusi əməliyyatlar zamanı Fərid Cəfərov, İmamqulu Bədirov, Seyidrza Ağamı, İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 204 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 156 kiloqram heroin, 32 kiloqram marixuana, 16 metamfetamin, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə olunan plastik kartlar aşkar edilib. Adları çəkilən 6 nəfərin əsas məqsədi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələri satmaqla yanaşı yeni-yeni insanları narkokuryerliyə cəlb etmək olub.
Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq daha 53 nəfər saxlanılıb. Onlardan 127 kiloqram müxtəlif növ narkotik vasitə, elektron tərəzilər, psixotrop tərkibli həblər, narkotiklərin onlayn satışında istifadə olunan plastik kartlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ














