Son 30 ildə Bakıda isti hava dalğaları 14 dəfə artıb - Umayra Tağıyeva

İsti hava dalğaları yayda baza dövründə (1961-1990) Bakıda cəmi 2, Şəkidə 6 dəfə qeydə alındığı halda, sonrakı 30 ildə bunların sayı artaraq Bakıda 27-yə (14 dəfə artıb), Şəkidə isə 34-ə (6 dəfə artıb) çatıb.
Avtosfer.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, Bakıda Şəki ilə müqayisədə artımın daha çox olması iri şəhərlərdə iqlimin istiləşməsi fonunda istilik adaları effektinin daha da güclənməsi ilə izah olunur:
"Yəni, asfalt-beton örtüklər, uca binaların bir-birinə sıx tikilməsi havanın təbii axınını dəyişir. Temperaturun demək olar ki, süni artımına səbəb olur. Bu ilin avqust ayında isti hava dalğasının davamlılığı ötən illərlə müqayisədə daha çoxdur. Çünki artıq 15 gündür ki, fasiləsiz havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir. Qeyd etmək lazımdır ki, bütün çoxillik müşahidələrə görə ən uzunmüddətli isti hava dalğası (24 gün olmaqla) 2010-cu ildə qeydə alınıb".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












