SON DƏQİQƏ: İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU

Buşehrin Guneve bölgəsində baş verən zəlzələ nəticəsində 10 kəndə ziyan dəyib.
Avtosfer.az Publika.az-a istinadla xəbər verir ki, birinci təkandan bir neçə dəqiqə sonra eyni dərinlikdə 4,5 bal gücündə ikinci təkan qeydə alınıb.
Buşehr Böhran İdarəetmə İdarəsinin baş direktorunun verdiyi məlumata görə, yeraltı təkanlar Buşehrlə yanaşı, Deylam və Daştestanda da hiss edilib.
Zəlzələ ilə əlaqədar təcili toplantı keçirilib, bölgənin su, elektrik, qaz, telefon təchizatı dayandırılıb.
Qızıl Aypara Cəmiyyətinin qiymətləndirmə qrupu Buşehr, Şiraz, Fars və Kirmana 4 helikopter göndərib. Hazırda kənd və rayonlarda böhranlı vəziyyət qiymətləndirilir və zəlzələnin mümkün zərərləri barədə hesabat daha sonra açıqlanacaq.
***
İranda 5,9 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı, nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, insan itkisi yoxdur.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












