Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Xəbərlər 16 Mart 2026 21:36
Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 16-da Günəşdə qeydə alınan M2.8 gücündəki güclü partlayış Yer istiqamətinə plazma atılması ilə müşayiət olunub. Bu proses son iki ayın ən güclü maqnit qasırğasına səbəb ola bilər.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası xəbərdarlıq edib. Rusiya Tətbiqi Geofizika İnstitutu da martın 16-da günün ikinci yarısında baş vermiş bu güclü alışmanı təsdiqləyib.

Mütəxəssislərin bildirdiyinə görə, partlayış Günəş diskinin mərkəzinə yaxın hissədə baş verdiyindən, plazma kütləsi birbaşa Yerə doğru istiqamətlənib. Kosmik teleskoplardan alınan məlumatlar göstərir ki, alışma zamanı episentr yaxınlığındakı orta ölçülü protuberans (alov dili) da dağılaraq kosmosa yayılıb. Bu isə atılan qaz kütləsinin həcmini daha da artırıb.

Hadisə Yerə yönəlmiş nadir "frontal zərbələr" kateqoriyasına aid edilir. İlkin proqnozlara əsasən, yaxın vaxtlarda son iki ayın ən güclü maqnit qasırğası gözlənilir. Qasırğanın gücü beşballıq şkala ilə G3 (güclü) səviyyəsində qiymətləndirilir. Məlumat üçün bildirək ki, bu şkala üzrə G1 "zəif", G5 isə "ekstremal güclü" dərəcə hesab olunur.

***

Martın 16-da Günəş səthində yüksək güc sinfinə aid növbəti alovlanma qeydə alınıb.

Bu barədə məlumatı TASS yayıb.

Məlumata görə, martın 16-da Bakı vaxtı ilə saat 16:15-də 4392 nömrəli günəş ləkəsi qrupunda (S14E19) rentgen spektrində M2.8 dərəcəli və 32 dəqiqə davam edən alovlanma müşahidə edilib.

Günəşdə baş verən alovlanmalar rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X olmaqla beş kateqoriyaya bölünür. Ən aşağı səviyyə olan A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nVt radiasiya gücünə bərabər hesab olunur. Hər növbəti hərf mərhələsinə keçid şüalanma gücünün təxminən on dəfə artması deməkdir.

Belə təbiət hadisələri zamanı Günəşdən atılan plazma buludları planetimizə çatarsa, Yer kürəsində geomaqnit fırtınaları yarana bilər.

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh