Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun! XƏBƏRDARLIQ - VİDEO

Kibercinayətkarların sosial şəbəkə istifadəçilərinə qarşı hücumları davam edir.
Kibercinayətkarlar istifadəçilərin sosial şəbəkə hesablarını, eləcə də kart məlumatlarını ələ keçirirlər.
Onlar gündəlik istifadə etdiyimiz sosial şəbəkələrdə saxta hesablar yaradılaraq vətəndaşların mesaj bölmələrinə müxtəlif linklər göndərirlər. İstifadəçilərə hansısa yarışın qalibi olduqları, smartfon və ya pul mükafatı qazandıqları bildirilir. Sonra göndərdikləri linkə girib kart məlumatlarını daxil etmələri istənilir. Beləliklə, sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları ələ keçirilir.
Mövzuya münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyib ki, belə hallara son vaxtlar daha çox instaqram üzərindən rast gəlinir.
Anar Qafarov deyib ki, vətəndaşlara belə mesajlar göndərildiyi halda onlar Daxili İşlər Nazirliyi və ya nazirliyin instaqramdakı "Polis Azərbaycan" səhifəsi ilə əlaqə yarada bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












