Sosial şəbəkələrdə narkotik vasitə satan daha bir nəfər saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb. DİN-dən Avtosfer.az-a bildirilib ki, əməliyyat zamanı Neftçala rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayonunda yaşayan Ellər Tağıyev Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən ümumilikdə 12 qram narkotik vasitə heroin,psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Ellər Tağıyev tutularaq istintaqa cəlb olunub. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ölkə xaricində olan narkotacirlər daxildə özlərinə narkokuryerlər cəlb etmək üçün sosial şəbəkələr vasitəsi ilə “qayğı” göstərmək (narkotik vasitələri ilkin olaraq pulsuz təklif etmə) və təhqiredici ifadələri özündə əks etdirən videoşantaj üsullarından istifadə edirlər. Yəni, xaricdəki narkotacirlər ölkə ərazisindəki narkokuryerlərin Azərbaycan xalqına, cəmiyyətinə yönəlik təhqiredici ifadələrə dolu və ya etirafedici videolarını çəkdirməklə özlərində saxlayır, daha sonra onları narkokuryerlik fəaliyyətindən boyun qaçıracaqları təqdirdə həmin videoları sosial şəbəkələrdə yaymaqla hədələyirlər. Bu üsulla onlar zəif iradələri, əsasən narkotik vasitələrin aludəçisi olan şəxslərdən istifadə edib ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil etməyə cəhd göstərirlər. Belə hallarla bağlı, yəni xaricdəki narkotacirlərin tələsinə düşməmək üçün sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan maksimum diqqətli olmaları xahiş edilir.
Samir
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












