STTM: Ermənistan hərbçiləri müharibədə öz təyyarələrini vurub

Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Avtosfer.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, Rusiyanın aparıcı təhlil mərkəzlərindən biri olan Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) direktor Ruslan Puxovun redaktəsi ilə Qarabağda 44 günlük hərbi əməliyyatlara dair təhlillərin cəmləşdiyi "Qafqazda Fırtına" adlı analitik məcmuədə yer alıb.
STTM-in mənbələri iddia edir ki, Ermənistanın Hərbi Hava Qüvvələri bu ölkənin hava hücumundan müdafiə qüvvələrinə zərbələr endirib
Qeyd edilir ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənstanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. “Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












