Sualtı qayığının qalıqları 80 ildən sonra tapılıb

İkinci Dünya müharibəsi zamanı batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın qalıqları təxminən 80 il sonra Cənubi Çin dənizində tapılıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, “USS Harder” sualtı qayığı Filippinin şimalında dənizin 914 metr dərinliyində aşkarlanıb. Qayıq 79 nəfərlik ekipajı ilə birlikdə 1944-cü il avqustun 29-da batmışdı. ABŞ Hərbi Dəniz Qüvvələrinin tarix və irs komandanlığının məlumatına görə, son döyüşlərin birində “USS Harder” üç Yapon esminesini batırmış, ikisini də ağır zədələmişdi.
Filippin İkinci Dünya müharibəsində əsas döyüş meydanlarından biri olub. Arxipelaq və ətrafındakı sular o vaxt döyüş gəmilərinin dayanacaq yeri kimi istifadə edilib.
2015-ci ildə amerikalı milyarder Pol Allen Filippinin Sibuyan dənizində iki ən böyük yapon döyüş gəmisindən biri olan Musaşinin qalıqlarını tapmışdı.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












