Sualtı qayıq belə batdı, matroslar “Əlvida” mahnısı oxuyur - VİDEO

İndoneziyada aprelin 21-də 53 nəfərlik şəxsi heyətlə birlikdə itkin düşən sualtı qayığın dağıntıları tapılıb.
Avtosfer.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Dəniz Qüvvələri komandanı Yudo Margono mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “KRI Nanggala-402” adlı sualtı qayığın qalıqları Bali adası sahillərində tapılıb. O sualtı qayığın üç hissəyə ayrıldığını bildirib.
İndoneziya Müdafiə Nazirliyi isə sualtı qayıqda çəkilən son görüntüləri paylaşıb. Ürəkağrıdan bu videonu dünyanın bütün sosial mediaları paylaşıb. Şəxsi heyət faciəvi hadisədən bir neçə həftə əvvəl çəkilən videoda gitara çalaraq “Sampai jumpa” adlı mahnını oxuyurlar. Mahnının adı “Əlvida” mənasını verir. Onların şən ovqatı sosial media izləyicilərini həyəcanlandırıb.
Qeyd edək ki, qayığın batması səbəbləri ilə bağlı müxtəlif versiya irəli sürülür. Hərbi rəsmilər bildiriblər ki, aprelin 24-də qayıqda oksigen bitdiyi üçün heyət yaşamaq ümidini itirib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












