Subbakalavrların qeydiyyatı başlayıb - VİDEO

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb.
Avtosfer.az-ın məlumatına görə, bu məqsədlə namizədlər əvvəlcə Dövlət İmtahan Mərkəzinin (DİM) saytında "Şəxsi kabinet" yaradıb, müvafiq formanı təsdiq etməlidirlər. Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisinə avtomatik elektron sorğu göndəriləcək. Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, yerləşdirilmə zamanı üstünlük abituriyentlərə verilir. Eyni yerə iddia edən 2 və daha çox subbakalavrların təhsil göstəriciləri nəzərə alınır. Əgər göstəricilər eynidirsə, bu zaman attestat qiymətləri əsas götürülür. İxtisas seçimi zamanı bəzi məhdudiyyətlər nəzərdə tutulub. Qeyd edək ki, elektron ərizə qəbulu iyulun 1-dək davam edəcək.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











