Sumqayıt polisi narkotik alverçilərinə qarşı silsilə əməliyyatlar həyata keçirib - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.
APA-nın məlumatına görə, nəticədə Sumqayıtda yaşayış evindən yarım kiloqrama yaxın heroin aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “Ceyranbatan bağları” yaşayış massivinin sakini Maqbet Bəşirov saxlanılıb. Aparılan araşdırma zamanı 41 yaşlı M. Bəşirovun narkotik vasitəni Bakı şəhərində İran vətəndaşından aldığı məlum olub. Saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun yaşadığı evə keçirilən baxış zamanı kustar üsulla düzəlmiş tüfəng də aşkarlanıb. Bununla yanaşı, 41 yaşlı Maqbet Bəşirovun tanışı ilə əlbir olub Sumqayıtın “Xəzər bağları” yaşayış massivində evlərdən birindən motosiklet oğurladığı da məlum olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Sumqayıtda “Betonzavod” yaşayış massivində yaşayan 48 yaşlı Akif Məhərrəmov da keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd elektron tərəzi və 33 müxtəlif bükümdə olan narkotik vasitə olan aşkarlanıb.
Akif Məhərrəmovun məhkumluğundan ikisi narkotik vasitələrlə bağlı olub. Belə ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. – ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə 2 dəfə məhkum olunub.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq
iki dost - şəhərin 41-ci məhəllə sakinləri Kənan İsmayılov və Valeh Məmmədov da saxlanılıb. Hər ikisinin üzərinə keçirilən baxış zamanı narkotik maddə aşkarlanıb. Kənan İsmayılov narkotik maddəni Valeh Məmmədovdan aldığını bildirib. Polis əməkdaşlarının Valeh Məmmədovun yaşadığı evdə həyata keçirdiyi axtarış tədbirləri nəticəsində müxtəlif bükümlərdə olan 11 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa cəlb edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin son 6 ay ərzində keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı















