Sumqayıt sakinlərindən "patı” aşkar edilərək götürülüb - FOTO

Sumqayıt polisinin şəhər ərazisində həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakinləri - əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına görə 10 il məhkumluq həyatı yaşamış Adıgözəl Ağagülov, əvvəllər məhkum olunmuş Tural Biləndərli, Ariz Babayev, Ruslan Ağayev, Ceyhun Qənbərov və Nemət Məmmədov saxlanılaraq istintaqa cəlb ediliblər.
Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə ümumi çəkisi 120 qrama yaxın heroin və 11 qram psixotrop maddə olan "patı” kimi tanınan metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı















