Sumqayıtda dənizdə batan azyaşlının meyiti sudan çıxarılıb
Xəbərlər
26 Avqust 2021 13:50
Oxunub 704

Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













