Sumqayıtda masaj salonunun sahibi 4 min manat cərimələndi

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının Sumqayıtda keçirdiyi reyd zamanı 4-cü məhəllə ərazisində yerləşən “Seragen” adlı masaj salonunun fəaliyyət göstərdiyi aşkarlanıb.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, həmin ünvanda iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub.
Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 4 qadın və 1 kişini aşkarlayıblar.
Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq, hər biri 200 manat məbləğində cərimə ediliblər.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin müdiri Zülfiyyə Əliyeva isə inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.
Təşkil edilən reyd zamanı şəhərin Hacı Zeynalabdin qəsəbəsində isə Xətai küçəsində yerləşən “Dostluq” kafesində karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edildiyi məlum olub.
Obyektin sahibi Elşad Hacıyev, icarədarı Sərhəd Allahverdiyev və müştəri Nəbi Məmmədov saxlanılaraq inzibati məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO













