Nazirdən narkotiklərlə bağlı tənqidlərə MÜNASİBƏT
Xəbərlər
9 İyul 2021 18:37

Daxili İşlər Nazirliyində bu gün keçirilən kollegiya iclasında çıxış edən nazir Vilayət Eyvazov narkotiklərlə mübarizədən də danışıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, nazir bildirib ki, bu bəlaya qarşı mübarizə Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biridir. Nazir eyni zamanda, vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.
Vilayət Eyvazov problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb.
İclada çıxış edən nazir narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirildiyini bildirib və fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.
O, həmçinin yeniyetmələr və gənclər arasında aparılan izahat işlərinə də toxunan Nazir bu işin konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olduğunu, bütün hallarda əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Eləcə də COVID-19 pandemiyasından əvvəl respublikanın bütün təhsil müəssisələrində antinarkotik mövzuda davamlı tədbirlərin keçirildiyini, həmin tədbirlərdə gənclər təşkilatlarının fəallığını, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar antinarkotik təbliğat sahəsində vətəndaşların köməyinə həmişəkindən çox ehtiyac duyulduğunu bildirib. Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük fəallıq gözləntilərinin olduğunu, “Narkotiklərə yox!” devizinin hamılıqla dəstəklənəcəyinə inandığını qeyd edib.
Emin
Oxunub : 838
DİGƏR XƏBƏRLƏR
13 Sentyabr 2026 10:48
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
13 Sentyabr 2026 10:44
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
13 Sentyabr 2026 09:12
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
11 Sentyabr 2026 22:22
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
11 Sentyabr 2026 19:30
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11 Sentyabr 2026 19:04
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
11 Sentyabr 2026 18:17
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
11 Sentyabr 2026 18:11
Daha bir ekspres marşrut xətti AÇILIR
10 Sentyabr 2026 22:03
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
10 Sentyabr 2026 20:21
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
10 Sentyabr 2026 19:22
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
10 Sentyabr 2026 18:54
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
ŞƏRH YAZ











