Sumqayıtda top mərmisi aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "Tır parkı" adlanan ərazidə sursat aşkar olunması barədə məlumat daxil olub.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri xilasetmə işlərinə cəlb olunub.
Pirotexniklər tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri görülüb və aşkar olunmuş sursata baxış keçirilib. Döyüş tətbiqinə yaralı, 85 millimetrlik top mərmisi olduğu müəyyən edildikdən sonra həmin sursat zərərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












