Suraxanıda aktiv koronavirus xəstələri saxlanılıb - FOTO

Paytaxtın Suraxanı rayonunda aktiv koronavirus xəstələri polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə profilaktik tədbir keçirilən zaman üç nəfər koronavirus xəstəsi saxlanılıb.
Araşdırma aparılan zaman onların aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakinləri G.Alidarova, Vasif Bayramlı, Ramiz Əhmədov olduqları müəyyən edilib. Onların analizlərinin cavablarının pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq bu tələblərə məhəl qoymayıb yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.
Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?













