Suriya hava məkanında uçuş məhdudiyyətlərini uzatdı

Suriya hava məkanında tətbiq etdiyi uçuş məhdudiyyətlərini 10 mart tarixinə qədər uzadıb.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə üzərindən hava hərəkətinə cavabdeh olan "Dəməşq" uçuş məlumat bölgəsinin (DFIR) aviadispetçer xidmətindəki mənbə məlumat verib.
"Məhdudiyyətlər 10 mart çərşənbə axşamı Qrinviç vaxtı ilə saat 21:00-a (11 mart çərşənbə günü Bakı vaxtı ilə saat 01:00 - red.) qədər uzadılıb", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, o vaxta qədər sərnişin reysləri yalnız Hələb Beynəlxalq Hava Limanından təşkil ediləcək. Onların uçuşu üçün üç dəhliz ayrılıb ki, bunlardan ikisi Türkiyə sərhədinə, biri isə Aralıq dənizi istiqamətinə, Nikosiya dispetçerlərinin nəzarətində olan əraziyə aparır. Eyni zamanda Dəməşq Beynəlxalq Hava Limanı, təyyarələrin üçüncü ölkələrə tranziti üçün Suriya hava məkanı kimi, bağlı qalır.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başladıqdan sonra Suriyanın hava məkanı bağlanıb. Bir neçə gün ölkə üzərindən ümumiyyətlə uçuşlara icazə verilməyib, bundan sonra Hələb Hava Limanı sərnişin reysləri üçün açılıb.
Fevralın 28-dən bu günə qədər İran və İraqın, eləcə də Bəhreyn və Küveytin hava məkanı bağlı olaraq qalır. Qətər hava məkanını sərnişin uçuşları üçün qismən yenidən açmağa başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava məkanı da qismən yenidən açılıb. İsrailə uçuşlar vaxtaşırı dayandırılır və bərpa olunur.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












