Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - AÇIQLAMA

Sürücülük vəsiqəsi almaq istəyən skolioz xəstəsi ona vəsiqənin onillik deyil, ikiillik müddətə verilməsindən şikayətçi olub.
Bu barədə o, oxu.az-a müraciət ünvanlayıb.
"Hərbi xidmətdə olmamışam. Onurğamda əyrilik var, II dərəcə skolioz xəstəsiyəm. Sürücülük vəsiqəsi almaq istəyirəm, mənə ikiillik verirlər. Deyirlər ki, onillik versək, səni əsgər aparacaqlar. Mən bilmək istəyirəm ki, bu nə dərəcədə qanunidir? Mənim sürücülük vəsiqəmin 10 illik olması hərbi xidmətə getməyimə səbəb kimi götürülə bilər?" - deyə müraciətdə bildirilir.
Məsələyə aydınlıq gətirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.
İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirdi ki, qanunvericiliyə əsasən, şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsasları, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.
"Həmin siyahıda yer alan xəstəlikləri olan şəxslər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti isə şəxsin təqdim etdiyi tibbi arayışda göstərilən, lakin iki ildən artıq olmayan müddəti əhatə edir.
Məlumat üçün qeyd edirik ki, sürücülük vəsiqəsi şəxsin həqiqi hərbi xidmətə yararlı olub-olmamasını müəyyən edən sənəd deyil", - deyə M.Ağayev vurğulayıb.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












