“Sürücüm 80 azərbaycanlını daşla öldürüb” - Erməni heykəltəraş - VİDEO

Erməni heykəltəraş Onik Kardaş ermənilərin Birinci Qarabağ Müharibəsi zamanı azərbaycanlılara qarşı vəhşiliklərindən danışıb. Avtosfer.az xəbər verir ki, Onik Kardaş bu barədə videobloqer Albert İsakova verdiyi müsahibəsində bəhs edib. "Ermənilər Naxçıvanda iki azərbaycanlını qətlə yetirib. Sonra ermənilər bunu unutdular. Daha sonra isə müharibəyə qədər böyüyən münaqişə başladı. Mənim üçün çox təəccüblü olan siyasi məqamlar var. Zori Balayanın başçılıq etdiyi bir qrup şəxs rusiyalılarla danışıqlar aparmaq üçün İrəvana getdilər. Danışıqların məqsədi ondan ibarət idi ki, əgər rusiyalılar Qarabağla bağlı onlara kömək etsələr, ermənilər də Çeçenistanla və yaxud müsəlmanlarla digər müharibədə onlara kömək edəcəklər. Bu zaman rusiyalılar əhəmiyyətli dərəcədə kömək etdilər. Onlara silah, təyyarə ilə yardım göstərdilər. Ermənilər rusiyalılar olmadan özləri Azərbaycana qalib gələ bilməzdilər”, - deyə Kardaş söyləyib.
Onun sözlərinə görə, Şuşada olduqda çox sayda silahlı şəxs görüb: "Mənim sürücüm oradan idi. Mən onu cangüdən adlandırırdım. O, 80 azərbaycanlını daş ilə öldürüb. Daşı götürürdü və onların başına zərbə endirirdi”.
Qeyd edək ki, Onik Kardaş Livanda doğulsa da, Ermənistan və Qarabağda yaşayıb. Hazırda isə ABŞ-da yaşayır. (Qafqazinfo)
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












