Sürüşmə təhlükəsi olan Dairəvi yolda vəziyyət necədir? - DYP-dən AÇIQLAMA - FOTO - VİDEO - YENİLƏNİB

Yol polisi sürüşmə baş verən Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində hərəkətin nizamlanması üçün işlər aparır.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, hazırda həmin yolda "Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən yolda təhlükənin qarşısı alınır və hərəkətin nizamlanması üçün işlər görülür.
***
"Bakı Kənar Dairəvi Yolunun sol tərəfində, yamacın yuxarı hissəsində mövcud karnizşəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb".
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür.
"Hazırda müvafiq qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində tədbirlər görülür", - deyə Ə.Əliyev vurğulayıb.
***
Dünən saat 16 radələrində Kənar Dairəvi-1 avtomobil yolunun 6-cı kilometrliyinin yaxınlığında qaya parçası təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənib. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da gecə saatlarında yolda böyük tıxacın yaranmasına səbəb olub.
Hazırda yoldakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun inspektoru, polis leytenantı Elvin Hacıyev bildirdi ki, ərazidə vəziyyət nəzarət altındadır və hazırda tıxac yoxdur: “Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların nümayəndələri ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib. Ərazidə hazırda hər hansı təhlükə gözlənilmir. Həmçinin, yolda tıxac yoxdur”.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan














