Şuşaya “İsgəndər”in atılmasını araşdırmaq üçün komissiya yaradılsın – TƏKLİF

“İsgəndər” raketlərinin Azərbaycan ərazisinə atılmasına dair hərənin öz versiyası var. Əsas məsələ isə budur ki, bununla bağlı ciddi araşdırmalar aparılmalıdır”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.
Martın 30-da “Caliber.az” portalı ANAMA əməkdaşına istinadən müharibə dövründə Ermənistanın Şuşaya “İsgəndər” raketi atdığını yazıb.
Bunun ardınca isə bildirildi ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “İsgəndər E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “İsgəndər M” modifikasiyasına aid olması ciddi suallar doğurur.
Deputat A.Nağıyev bildirib ki, düşən raket mərmisinin nömrəsinə uyğun olaraq, onların hansı dövlətin ərazisindən və hansı məsafədən atıldığını müəyyənləşdirmək olar.
Millət vəkili məsələnin araşdırılması üçün müvafiq komissiyanın təşkil olunmasının vacibliyini diqqətə çatdırıb.
“Komissiya yaradılmalıdır və bu komissiya məsələyə birmənalı şəkildə qiymət verməlidir”, - deyə A.Nağıyev əlavə edib.
Komitə üzvü Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” atdıqlarına və onların partlamadığına dair bəyanat səsləndirdiyini də xatırladıb. Ancaq Rusiyanın təzyiqlərindən sonra N.Paşinyan dediyi sözləri geri götürdü.
Parlamentari qeyd edib ki, əgər komissiya yaradılsa, “İsgəndər” raketi olan dövlətlərlə bağlı araşdırmalar aparmalıdır.
O, komissiyanın hansı tərkibdə formalaşması barədə təkliflər də verib.
“Müdafiə Nazirliyinin sorğusu əsasında, həm ANAMA, həm Müdafiə Sənayesi Nazirliyi və digər hərbi qurumlar komissiyada təmsil olunmalıdır”, - deyə A.Nağıyev fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları onların məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimalını da gücləndirir.
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










