Süveyş kanalından bir gündə rekord sayda yük gəmisi keçib

Qlobal ticarət əlaqələrinin 12 faizini təmin edən və Misirin əsas valyuta mənbələrindən biri olan Süveyş kanalından avqustun 6-da rekord sayda yük gəmisi keçib. Süveyş Kanalı İdarəsinin rəisi Usamə Rabiyə jurnalistlərə müsahibəsində bildirib ki, şənbə günü kanaldan 5,2 milyon ton yük daşıyan 89 gəmi keçib. Onun sözlərinə görə, şimal istiqamətindən 44, cənub istiqamətindən isə 45 gəmi təhlükəsiz şəraitdə yola salınıb.
Avtosfer.az xəbər verir ki, genişləndirmə işləri tamamlandıqdan sonra Süveyş kanalının gündəlik tranzit həcmi daha da artıb. Ən yüksək göstərici ötən il sentyabrın 21-də qeydə alınıb. Həmin gün kanaldan 87 gəmi keçib. Bununla yanaşı, Süveyş kanalının gəlirləri də rekord səviyyəyə çatıb. Belə ki, iyulda gəmilərin keçidindən aylıq tranzit gəlir 704 milyon dollara çatıb. Hazırda Misir hökuməti Süveyş kanalının ikitərəfli seqmentinin daha 10 kilometr uzadılması və eninin 40 metr genişləndirilməsi layihəsini həyata keçirir. Bu, kanaldan supertankerlərin və daha böyük quru yük gəmilərinin rahat keçməsini təmin edəcək.
azertac
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq












