Taksi sürücüləri təlim maşınını saxlayıb dava saldılar - VİDEO

Türkiyədə “trafik canavarı” adlandırılan sürücülər adlarına layiq hərəkət edib. Onlar təlim maşınında əyləşən xanım sürücünün sərişdəsizliyinə görə ona hücum çəkiblər. Avtosfer.az bildirir ki, sürücülük öyrənən xanım avtomobili sol qolaqda saxladıqdan sonra heç cür hərəkətə sala bilməyib. Bu zaman onun arxasında olan taksi sürücüləri yolu bağladığı üçün siqnal verməyə başlayıb. Lakin xanım özünü daha da itirərək panikaya düşüb. Bu zaman taksi sürücüləri onun maşınına hücum çəkib. Təlim keçən müəllim qapıları kilidləyərək son anda canlarını bu “canavar”lardan qurtara bilib. Bundan sonra isə etirazçılar qəzəblənərək avtomobilə təpik və yumruqlar vurub. Yoldan keçən turistlər olanları dəhşət içində izləyib. Onlardan biri sürücüləri pis insan adlandıraraq hadisəni lentə alıb və sosial şəbəkədə paylaşıb.
Aysel
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












