Tanınmış futbolçulara hücum edənlərə hökm oxundu

2019-cu ildə Londonda "Arsenal"ın sabiq futbolçuları Mesut Özil və Sead Kolaşinatsı qarət etməyə çalışan cinayətkar dəstənin üzvlərinə hökm oxunub.
8 nəfər arasında ən ağır cəza oyunçulara hücum edən Cordan Nortoverə verilib. O, 18 il müddətinə azadlıqdan məhrum edilib.
8 nəfərlik qruplaşmanın üzvləri ümumilikdə 100 ildən çox həbs cəzası alıblar.
Qeyd edək ki, hadisə London şəhərinin şimalında Mesut Özil "Mercedes" markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında türk əsilli yarımmüdafiəçinin komanda yoldaşı Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.
Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı "Likya" restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb.
Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar futbolçulara cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib. Hər iki şəxs aparılan axtarışlardan sonra saxlanılıb.
Mesut Özil hazırda Türkiyə "Fənərbağça"sında, Kolaşinats isə Almaniya "Şalke"sində çıxış edir. ("Report")
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












