Tanışının telefonunu danışmaq adı ilə alıb "Prius"a minərək qaçdı - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zaman Əkbərlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Zaman Əkbərli 1 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 27 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Heydər Əliyev adına parkın qarşısında qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Zaman Əkbərli tanışı, zərərçəkmiş Sahil Quliyevə (şərti) məxsus 3000 manat dəyərində "iPhone 14 Pro" markalı mobil telefonu zəng etmək adı ilə ondan alıb. Sonra o, zərərçəkmişin gözü qarşısında oradan qaçaraq onu yaxınlıqda gözləyən taksi kimi fəaliyyət göstərən Qasım Qasımlının (şərti) idarə etdiyi "Toyota Prius" markalı avtomobilə əyləşib ərazidən uzaqlaşıb.
Hadisədən sonra Zaman Əkbərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
(pravda.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












