Taxıl biçininə 113 kombayn cəlb ediləcək

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 58 min 236,1 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 24 min 63,7 hektarını buğda, 34 min 172,4 hektarını dən üçün arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçininə hazırlıq işləri yekunlaşmaq üzrədir. Biçin kampaniyasına hazırlıqla əlaqədar Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub.
Avtosfer.az xəbər verir ki, mərkəzin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov “Azərtac”a bildirib ki, Şəki taxılçıları məsul yığımına ciddi hazırlaşıblar. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Ümumilikdə, biçin kampaniyasına 113 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 95 ədədi son illərdə alınan təzə, qalanları isə əvvəlki illərdə alınan və istifadəyə yararlı vəziyyətdə olan kombaynlardır. Kampaniya dövründə ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan 50-dən çox kombaynın dislokasiya olunması da nəzərdə tutulur. Biçin kampaniyasına, eyni zamanda, 90 ədəd küləşpresləyən aqreqat, 334 ədəd şum traktoru, 150-dən çox yük maşını, 100-dək traktor yedəyi, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunacaq.
Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda taxıl biçininə iyunun 10-12-də başlanılması nəzərdə tutulur.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












