TƏBİB: COVİD-ə yoluxmuş gənclərdə də artıq çox ağır gedişat görürük, hətta itkilərimiz var

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva uşaqlar arasında COVID-19-a yoluxma sayının artması, uşaqlar üçün çarpayılar ayrılması məsələsinə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, Y. Qarayeva APA-ya bildirib ki, COVID-19-un “Britaniya ştammı”nın yayılma sürəti yüksək olduğu üçün daha çox insanın bu virusa yoluxmasına səbəb olur: “Yoluxmalar arasında isə gözəçarpan qədər gənclər və uşaqlar ola bilər. Bu, ştammın xəstəlik törətmə deyil, yoluxdurma qabiliyyətindən ortaya gələn problemlərdir. Pandemiya başlayanda daha çox yaşlılarımız risk altında idi. 1 il ərzində isə məlum oldu ki, bu, sadəcə, yaşlılar arasında fəsadlar törətmir. Artıq orta yaşlılar və gənclər arasında çox ağır, fəsadlaşmış gedişat görürük, hətta itkilərimiz də var”.
Y.Qarayeva qeyd edib ki, rəqəmlərin artması statistik göstəricidir: “Bunların klinik gedişatla əlaqəsini göstərmək üçün mütləq araşdırma aparılmalıdır. Normal haldır ki, yoluxanların sayı artırsa, ağırlaşmaların və ölənlərin də sayı artır. Bunlar bir-biri ilə əlaqəli olaraq artan rəqəmlərdir”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












