TƏBİB-dən iki fərqli PZR cavabı gəlməsi ilə bağlı AÇIQLAMA

COVID-19 testinin müxtəlif klinikalarda fərqli nəticə verməsi vətəndaşları narahat edir.
Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlara rast gəlinir. Belə ki, paylaşımlardan birində vətəndaş qeyd edib ki, xaricə səfər etmək üçün PZR testi verib, lakin cavablar müxtəlif olub:
“Fərqli klinikalarda PZR testi verdim. Testin nəticəsi bir klinikada pozitiv, digərində (bir gün sonra) isə neqativ olub. Bu səbəbdən səfərim yarımçıq qaldı. Aldığım bilet yararsız oldu”.
Bəs görəsən bu kimi hallar nədən qaynaqlanır? PZR testi götürən tibb işçilərinin prosedurun təyinatı üzrə dəqiq yerinə yetirə bilməməsi və ya laboratoriyalarda PZR testlərinin nəticələrini yoxlayan avadanlıqlar buna səbəb ola bilərmi?
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, testin pozitiv nəticəsinin sonrakı gündə neqativ çıxması halları ilə bütün dünyada qarşılaşmaq mümkündür:
“Bunun əsas səbəblərdən biri o ola bilər ki, xəstəliyin bəzi mərhələlərində proses artıq yuxarı tənəffüs yollarından silinir və aşağı tənəffüs yollarına keçir. Digər səbəb isə materialı götürən şəxsin prosesi qaydalara uyğun icra edib-etməməsi ilə bağlıdır. Yaxma daha dərindən, udlaqdan götürülməlidir.
Eyni zamanda onu da qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, 7 gündən sonra 24 saat fasilə ilə götürülən testin cavabı iki dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür”.///oxu.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












