“Təhsil avtobusu – Qayıdış” layihəsi çərçivəsində yeni səfər planlaşdırılır

“Təhsil avtobusu – Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunan bölgələrdən olan şagirdlərin yaşadığı rayonlara səfər planlaşdırılır.
Avtosfer.az-ın məlumatına görə, artıq 5 ildir Təhsil Nazirliyinin təşkilatçısı, dövlət və özəl müəssisələrin korporativ sosial məsuliyyət çərçivəsində dəstəkçi və tərəfdaşı olduğu “Təhsil avtobusu” layihəsi bu il Bakı - Sumqayıt - Ağcabədi - Bərdə - Gəncə - Oğuz - Bakı marşrutu üzrə səyahət edəcək. 7-14 sentyabr tarixlərində icra ediləcək “Təhsil avtobusu – Qayıdış” layihəsi bu bölgələrdə yerləşən, göstəriciləri zəif və orta olan məktəblərin şagirdlərini əhatə edəcək. 6 bölgənin hər birində 32 nəfər olmaqla ümumilikdə, 192 şagird layihədə iştirak edəcək.
Qeyd edək ki, Qarabağa qayıdışa həsr olunan layihənin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.
Layihə çərçivəsində Qarabağ mövzuları əsasında interaktiv dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












