Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib.
Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrum etmə cəzası dəyişdirilməyib.
Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
İttihama görə, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdovsi oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












