Tərtər və Bərdədə karantin qaydalarını pozaraq toy təşkil edən 11 nəfər cərimələnib

Tərtərdə və Bərdədə karantin qaydalarına riayət edilməyən toylar aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində qayda pozuntusunun baş verdiyi 3 toy məclisi aşkarlanıb. Yoxlamalar zamanı restoran və istirahət mərkəzlərində keçirilən həmin toy məclislərində qonaqların sayı qərarla müəyyən edilmiş saydan artıq olduğu müəyyən edilib.
Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar ümumilikdə 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Bərdə Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.
Yoxlamalar zamanı “Muğan Məkan” və “Samux” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restoranlara cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.
Davam etdirilən digər tədbirlərlə isə fərdi yaşayış evində keçirilən toy məclisində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Həmin məclisdə qonaqların sayı normadan artıq olduğu müəyyən edilib. Ev yiyəsi də daxil olmaqla ümumilikdə qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












